Jurnalistlər casuslar kimi istifadə edilir?| İnformasiya müharibəsində Çin modeli və media qurumlarının istifadəsi - BAXIŞ BUCAĞI
Son 5-6 ildir ki, Çinin bir zamanlar əhəmiyyətli beynəlxalq təsirə malik olmayan beynəlxalq informasiya siyasəti radikal şəkildə genişlənib. Bu elə bir vaxtda baş verdi ki, dünyadakı bir çox müstəqil media qurumları maliyyə çətinlikləri ucbatından bağlanırdı. Belə bir şəraitdə Si Tsinpinq ölkədə müəyyən qədər məhdudlaşmış, qapalı və hökumət platformalarını tərifləyən internet sistemi yaratdı və bu platform həssas məlumatların xalqa çatmasının qarşısını aldı.
Hazırda Çinin qlobal informasiya müharibəsi bir çox vasitələrin istifadəsini ehtiva edir:
- Çinin beynəlxalq media qurumlarının modernləşdirilməsi və genişləndirilməsi;
- Beynəlxalq auditoriya tərəfindən Çin mətbuatının yüksək etibarlı mənbə kimi qəbul edilməsinə çalışılması;
- Çinyönümlü biznesmenlərin köməyi ilə digər ölkələrdəki media qurumlarının satın alınması;
- 2012-ci ildə Pekində başladılmış “Qlobal Yumşaq Güc” layihəsi çərçivəsində jurnalistlərə təlimlər keçirilməsi;
- Dövlət tərəfindən idarə edilən sosial şəbəkələr və tətbiqetmələr hazırlanması;
- Xaricdə təhsil alan çinli tələbələrdən oxuduqları universitetlərin media qurumlarına təzyiq edərək Çin barədə məlumatlar yaymasını xahiş etməyi tələb etmək.
Yumşaq güc üçün informasiya müharibəsi
Çinin media və yumşaq güc vasitəsilə həyata keçirdiyi informasiya hücumlarına illik 20 milyard dollar ayırdığı düşünülür. Bu ABŞ, Fransa və Rusiya kimi ölkələrin dövlət media qurumları üçün ayırdığı büdcədən dəfələrlə çoxdur.
Müqayisə üçün Çinin dövlət media qurumu “Xinhua”nı ələ alaq. 10 il əvvəl bu agentliyin adı Çindən başqa bir yerdə tanınmazkən, son iki ildə “Xinhua” dünyanın az qala bütün ölkələri ilə kontent paylaşılması barədə irimiqyaslı müqavilələr imzalayır. “Xinhua” xəbərləri “Reuters”, “Associated Press” və “Bloomberg” kimi nüfuzlu saytlarda yayımlanır. Agentlik bir neçə dəfə Çin İqtisadi və Təhlükəsizlik Yoxlanışı Komissiyası tərəfindən “normal” olmadığı səbəbilə xəbərdarlıq da alıb. “Xinhua”nın jurnalistləri casuslar kimi istifadə etdiyi bildirilib.
Sinin Maodan sonra Çinin ən güclü lideri olmasının səbəbi də elə bu informasiya strategiyasıdır. Hazırda bu strategiya sadəcə olaraq ölkədəki müsbət cəhətləri nümayiş etdirməyə, “inkişafın Çin modeli” kimi konsepsiyaları yaymağa çalışsa da, gələcəkdə xarici kütlələrə “demokratiyanın çatışmazlıqları” adlı xəbərlər yayımlamayacağı qarantiya altına alınmayıb.
Media genişlənməsi həmçinin Tsinpinqin Çinin siyasi təsirinin artırılması məqsədilə həyata keçirdiyi ənənəvi taktikalarla da üst-üstə düşür:
- Digər ölkələrdəki siyasətçilər və siyasi partiyaları təsir altına salmaq;
- Xaricdəki etnik Çin assossiasiyalarına təsir etmək;
- Mədəniyyət və təhsili yumşaq güc vasitəsi kimi istifadə etmək.
Çinin informasiya müharibəsini genişləndirməsinin bütün dünyadakı demokratiya və insan haqları üçün mənfi təsirləri ola bilər. Bundan əlavə demokratiyaların strateji və iqtisadi maraqları da bundan təsirlənə bilər. Lakin əgər Çin informasiya müharibəsində sürətlə irəli getməyə çalışarsa, bu tərsinə nəticə verə bilər. Çinin informasiya müharibəsindən narahat olan xarici ölkələr ölkənin texnologiya nəhəngləri “Alibaba”, “Tencent”, “Huawei” və digərlərinin genişlənmə planlarını baltalaya bilər.
Çin niyə informasiya mühitinə dominantlıq etmək istəyir?
Çin informasiya mühitində dominantlıq arzusunu ilk olaraq Asiya Sakit okeanı regionundan başlayaraq həyata keçirməyə başladı. Daha sonra bu Avropa, Afrika, Latın Amerikası və hətta Şimali Amerikaya yayıldı. Bu istəyin əsas məqsədlərindən biri sözügedən regionlardakı daxili siyasətlərdə Çin təsirini artırmaqdır. Bu, Si Tsinpinqə qədər heç bir Çin administrasiyasının həyata keçirmədiyi bir strategiyadır. “Financial Times” tərəfindən irəli sürülmüş iddialara görə, Tsinpinq hətta bu işi Kommunist Partiyasının orqanı olan Ön Cəbhə İş Departamentinə tapşırıb. Maraqlı bir məqam da odur ki, sözügedən kampaniyanı demokratiyalarda həyata keçirmək daha asan olur. Çünki belə ölkələrdə açıq fikirli cəmiyyət formalaşıb və həm siyasi sistem, həm də media bazarına asanlıqla daxil olmaq olur.
Çin informasiya platformalarını idarə etməklə yanaşı, özü də informasiya istehsal edir. 2017-ci il Dünya İnternet Konfransında Pekin Çinin internet və internetlə bağlı şirkətlər üzərində gücünü bir daha sübut etdi. Texnologiya şirkətləri aspektindən baxsaq isə, Çin 3 trilyon dollarlıq rəqəmsal iqtisadiyyata və nəhəng müştəri bazarına malikdir və təsir qabiliyyətinə malik bir aktordur. Onu da qeyd etmək lazımdır ki, Çin ölkədə “Facebook” sosial şəbəkəsini 2009-cü ildən bəri qadağan edib, “Apple” şirkətinin fəaliyyətini isə olduqca məhdudlaşdırıb. Bununla belə, Çin xarici investorların internet və sosial şəbəkələr sahəsinə investisiya yatırmasını dəstəkləyərək innovasiya və yeni texnologiyalara açıq olduğunu bütün dünyaya göstərməyə çalışır.
Rusiyadan fərqli olaraq Çin ortaya müəyyən bir inkişaf modeli qoymaq istəyir. Bildiyimiz kimi, Rusiya iqtisadiyyatı əksərən neft və qazdan asılıdır, innovativ şirkətlərin sayı olduqca azdır və alternativ enerji, süni zəka, maşın öyrənməsi və s. sahələrə Çin qədər investisiya edilmir. Lakin Tsinpinq ortaya bir inkişaf nümunəsi çıxarmaq, digər ölkələrə “model” olmaq istəyir. Çinin süni zəka və maşın hesablaması sahəsindəki irəliləyişləri hətta Pentaqonu belə heyrətə salır.
Beləliklə, Tsinpinq administrasiyasının informasiya siyasəti düzgün tətbiq edilərsə, uzun müddətdə Çin və Çinin siyasəti barədə beynəlxalq aləmin fikrini formalaşdırmağa nail ola bilər. Hətta elə bir gün gələ bilər ki, Çin internetin qaydaları və standartlarını təyin etsin. Bir tərəfdən isə Çinin tətbiq etdiyi senzuralar xarici şirkətlərin səbr kasasını doldura bilər və onlar Çin bazarından birdəfəlik çıxa bilərlər.
Oxşar məqalələr
-
Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
2023-cü ilin İT trendləri| İnvestisiyalar ən çox hansı sahələrə yönəldilir?
-
Pekinin Rusiyanın bioloji müharibə dezinformasiyasına təbliğat dəstəyi – Kiyevə qarşı ittihamlar
-
Nüvə eskalasiyası və Rusiya təbliğatı – Peşəkar deqradasiya ağlasığmaz səviyyədədir
-
Putin 2 pis seçim qarşısında| Onları yalan və təhdidlərin artması tətikləyir?
-
Bu gün Ukraynada Stalinin vəsiyyətlərini kim və necə həyata keçirir?
-
Niyə Ukraynadakı müharibə Belarusda narahatlıqları artırır?
-
Qərb “köstəbəyi vurmaq”la məşğuldur| Dezinformasiyaya qarşı mübarizə necə təşkil edilməlidir?
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı